23/02/2018 Главная Ответы Линки О нас связь
      [ Расширенный поиск ]  
 
 
Все новости  
Dünya
Azərbaycan
Gürcüstan
На русском
Yaxın şərq
Сирия
Dini video və audio
Tarixi faktlar
Analitika
::| рассылка
Имя:
e-mail адрес:
 
 
Azərbaycan
 
Taleh Bağırzadə barəsində yeni cinayət işi açılıb
вторник, 26.12.2017, 09:42am (GMT+4)

Vəkil: "Bildiyimə görə hələlik ona rəsmi ittiham elan edilməyib"

İslaminSesi bildirir ki, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə barəsində yenidən cinayət işi başlanıb.

Bu haqda Meydan TV-yə ilahiyyatçının yaxınları məlumat veriblər. Onlar T.Bağırzadənin Cinayət Məcəlləsinin 317.1 maddəsilə (cəzaçəkmə yerlərində qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi) ittiham olunduğunu deyirlər.

 

Yaxınlarının sözlərinə görə, ittihamda ilahiyyatçının üzərindən kəsici-deşici əşya tapıldığı iddia olunur, lakin bu yalandır.

 

T.Bağırzadənin vəkili Cavad Cavadlı isə bildirib ki, bu haqda detallı bilgiyə malik deyil:

"Mən də ordan-burdan eşitmişəm. Yaxın günlərdə görüşəcəm və məsələnin nə yerdə olduğunu öyrənəcəm. Bildiyimə görə hələlik ona rəsmi ittiham elan edilməyib".

 

Yaxınları deyir ki, Taleh Bağırzadə iyulda Qobustandakı qapalı həbsxanaya gətirilən gün orada onun üzərində axtarış aparılıb. İlahiyyatçının üzərindən içində dini musiqilər olan mini kartlar tapılıb. Həmin kartlar ekspertizaya göndərilib. Ekspertiza da rəy verib ki, kartlarda heç bir qanunsuz material aşkarlanmayıb. Buna baxmayaraq, Taleh Bağırzadə haqqında cinayət işi başlanıb.

 

Yaxınlarının sözlərinə görə, ilahiyyatçı bu gün ailə üzvləri ilə telefon danışığında haqqındakı yeni cinayət işinə münasibət bildirib. Deyib ki, nə yolla olursa olsun, onu yenidən şərləmək üçün mini-kartları kəsici, deşici alət kimi qələmə verib, yeni cinayət işi açıblar: “İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”.

 

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda  polis əməliyyatı nəticəsində həbs olunub. Daha sonra  ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

 

Taleh Bağırzadə ona verilən ittihamları rədd edir, saxlanılan dindarların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polislərin hücumuna məruz qaldıqlarını bildirir.



Rating (Votes: )   
    Comments (0)        Расскажи другу        печатать


Other Articles:
Qüds və Fələstin baş müftisinin müavini Bakıdan Qüdslə bağlı mesaj yaydı (25.12.2017)
Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib (22.12.2017)
Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək (20.12.2017)
Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı (17.12.2017)
Azərbaycanda əhalinin sayı 9,9 milyon nəfərə çatır (15.12.2017)
Ramin Bayramov sərbəst buraxıldı (11.12.2017)
İslamazeri.com saytının baş redaktoru Ramin Bayramov saxlanılıb (08.12.2017)
Məhkəmə Zülfüqar Mİkayılzadə və Elman Ağayevə höm oxuyub (06.12.2017)
İŞİD-ə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub (04.12.2017)
Abşeronda vəhabilər yas mağarını sökməyə çalışıb (02.11.2017)
Azərbaycanlı Ərbəin zəvvarlarının ilk dəstəsi İraqa daxil olub (30.10.2017)
Masallıdan olan islamçı məhbusun həyati təhlükədədir (25.10.2017)
İraqda saxlanılan azərbaycanlı uşaqlardan biri Bakıya gətirildi (25.10.2017)
Kərbəlaya piyada yola düşən azərbaycanlı zəvvar (19.10.2017)
Qızı İŞİD-ə qoşulan azərbaycanlı ana 5 nəvəsinin yolunu gözləyir (05.10.2017)
İŞİD-dən xilas edilən Abdullanın babası tapılıb (29.09.2017)
“İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb” - Mədət Quliyev (25.09.2017)
900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub - DTX (25.09.2017)
İŞİD-dən xilas edilən ərazilərdə tapılan uşaqların Azərbaycana gətirilməsi üçün tədbirlər görülür (21.09.2017)
XİN-dən İraqda öldürülən İŞİD üzvlərinin kimsəsiz körpələri ilə bağlı rəsmi açıqlama (21.09.2017)



 
::| последние статьи
::| Events
февраль 2018  
Su Mo Tu We Th Fr Sa
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28      
 

  Powered by AHLI-BEYT Copyright © 2010 All rights reserved.
[Вверх на страницу]