22/05/2018 Главная Ответы Линки О нас связь
      [ Расширенный поиск ]  
 
 
Все новости  
Dünya
Azərbaycan
Gürcüstan
На русском
Yaxın şərq
Сирия
Dini video və audio
Tarixi faktlar
Analitika
::| рассылка
Имя:
e-mail адрес:
 
 
Azərbaycan
 
Qum şəhərində təhsil alan gənc həbs olunub
понедельник, 30.04.2018, 12:46pm (GMT+4)


İranın Qum şəhərində təhsil alan Cəlilabad rayon sakini Şamxal Eyvazov saxlanılıb. Bu barədə Meydan TV-yə onun ailəsi məlumat verib. Bildirilir ki, Şamxal Eyvazov martın 16-da Astara sərhəd-keçid məntəqəsində saxlanılıb və Bakıya aparılıb.

3-4 gün sonra isə ona heç bir problem olmadığı deyilib: "Ancaq ölkədən çıxışına qadağa qoyulmuşdu. Şamxal özü təbabət üzrə təhsil alır. Hər gün də qadağanın götürüləcəyi deyilirdi. Aprelin 27-də isə narkotik ittihamı ilə saxlanılıb. Guya üzərindən 1 kq narkotik varmış”.Ailəsi Şamxal Eyvazovun müxalifətçi qohumlarına görə həbs olunduğunu desə də, onların adlarının açıqlanmasını istəmir.

Şamxal Eyvazovun hazırda "Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bildirilir: "Şamxal özü ictimai-siyasi fəaliyyətdən tamam uzaq adamdır. Elmə, təhsilə meyllidir, həkim olmaq istəyir. Mömindir. "Sizinyol.com” saytında mənəviyyatla, elmlə bağlı yazıları olurdu. Onun narkotiklə şərləyirlər. Müxalifətçi qohumlarına görə siyasi sifarişlə həbs ediblər. Bizdə olan son məlumata görə, artıq cinayət işi açılıb, işi Şöhrət adlı müstəntiq aparır. Ancaq Şamxal verilən ittihama imza atmaq istəmir. Yəqin ki, indi onu işgəncə, təzyiq altında saxlayırlar. İmza atması üçün işgəncə verilməsindən narahatıq”.
Gəncin ailəsi vəkillə danışıb, lakin həftəsonu olduğundan vəkil order almaq və Şamxal Eyvazovla görüşmək üçün bazar ertəsini gözləməyi lazım bilib. (criminalaz)

Rəsmi açıqlamaya görə, aprelin 27-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Islamazeri.com


Rating (Votes: )   
    Comments (0)        Расскажи другу        печатать


Other Articles:
İlahiyyatçı Zülfüqar Mikayılzadənin cəzası ağırlaşdırılıb (18.04.2018)
YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib (12.04.2018)
Azərbaycan-İran birgə avtomobillərinin ilk istehsalına start verildi (06.04.2018)
`Hicab məhbusları` azadlığa çıxdı - VİDEO (05.04.2018)
Vəhabi təbliğatçıdan azərbaycanlı sələfilərə şok çağırış: (30.03.2018)
Hacı Cavad məscidinin tikintisi başa çatıb (29.03.2018)
Bakıda Səudiyyə səfirliyi qarşısında aksiya - VİDEO (27.03.2018)
Abgül Süleymanov xəstəxanaya yerləşdirilib (26.03.2018)
Azərbaycan Ordusu şəhid verdi - "Ən böyük arzusu şəhidlik idi..." (26.03.2018)
İŞİD-in tərkibində döyüşən azərbaycanlı terrorçuya hökm oxundu (14.03.2018)
Azərbaycanda terror planlaşdıran vəhhabilər DTX tərəfindən belə məhv edildilər (07.03.2018)
FTX Şimali Qafqazda bir sıra terror aktının qarşısını aldı (07.03.2018)
Əsas məscidlərinin siyahısı dəqiqləşdirilib, 230 videokamera quraşdırılıb (06.03.2018)
Bakıda baş verən yol qəzasında Gürcüstan vətəndaşı ölüb (05.03.2018)
Taleh Bağırovun şikayəti təmin edilməyib (01.03.2018)
Azərbaycan-İran sərhədi 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərəcək (28.02.2018)
Xocalı soyqırımından 26 il ötür (26.02.2018)
İlahiyyatçı Hacı Şahin Həsənli Cəlilabadda belə qarşılandı - VİDEO (16.02.2018)
Taleh Bağırova əlavə ittiham üzrə hökm oxundu (14.02.2018)
Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırılıb (13.02.2018)



 
::| последние статьи
::| Events
май 2018  
Su Mo Tu We Th Fr Sa
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
 

  Powered by AHLI-BEYT Copyright © 2010 All rights reserved.
[Вверх на страницу]