23/02/2018 Главная Ответы Линки О нас связь
      [ Расширенный поиск ]  
 
 
Все новости  
Dünya
Azərbaycan
Gürcüstan
На русском
Yaxın şərq
Сирия
Dini video və audio
Tarixi faktlar
Analitika
::| рассылка
Имя:
e-mail адрес:
 
 
Yaxın şərq
 
Ayətullah Xamenei: Düşmən şiə, sünni vəhdətini yox etmək istəyir...
вторник, 13.02.2018, 01:47pm (GMT+4)


İslamazeri.com xəbər verir ki, Ayətullah Xameneinin bir neçə gün öncə Sistan və Bəluçistan əyaləti şəhidləri konfransının təşkilatçıları ilə görüşdə söylədikləri açıqlamalar bu gün İranın cənub-şərqində yerləşən Zahidanda keçirilən şəhidlər konfransında yayılıb.

Ayətullah Xameneinin çıxışında deyilir: "Fərqli əyalətlərdə şəhidlərin əzəmətli və görməkli bir şəkildə anılaraq təqdir edilməsi lazımi və xeyirli bir işdir. Özəlliklə Sistan və Bəlucistan əyalətinin fərqli kəsimlərinin bir araya gələrək bu məzlum bölgənin sahib olduğu şəhidlərini təqdir etməsini təqdirə layiq hesab edərək yaxşı iş olduğunu bildirirəm. 

Mənim üçün bu işlərin özəlliyinin bir neçə səbəbi var. İlk səbəb odur ki, bu əyaləti sevirəm. Çünki bir müddət orada yaşamışdıq, təbii ki, bu o qədər də uzun sürmədi ancaq Allahın yaratdığı vəziyyətdən yararlanaraq bölgə sakinlərilə sanki uzun illər olmuş kimi yaxınlaşa bildik. Özəlliklə sakin olduğun İranşəhir şəhəri o qədər maraqlı idi ki, o tarixlərdə həyatımı itirsəydim o şəhərlərdə torpağa verilməmi vəsiyyət etmişdim. Şah dövründə, mən orda olduğum zaman bir dövlət rəsmisi ayağını bu İranşəhirə qoymamışdı. İslam İnqilabından sonra isə, prezidentlər bu əyaləti ziyarət etsilər, bütün rəsmilər oraya gedib dörd bir tərəfindəki bölgələri, hətta kəndləri ziyarət etdilər. Keçmişdən bu əyalətə etina edilmirdi. Bu xalq sevgi istəyir və Mütəal Allahımız da bu sevgiyi bizim ürəklərimizdə qərar verdi. Təbii Sistan və Bəlucistan üçün böyük işlər görülmüşdür, ancaq hörmətli valimizdən bununla kifayətlənməyib daha çox işlər görməsini istəyirəm."

Ayətullah Xamenei bu bölgəyə olan ikinci səbəbi isə bu cür açıqlayıb: "İkinci səbəb isə İslami Vəhdətin simvolu olmasıdır. Kürdüstan və Türkmən səhra bölgələri kimi Sistan v Bəucistanda da sünnilərlə şiələr birlikdə yaşamaqdadırlar. Düşmən isə tam bu nöqtəyə diqqətini yönəldərək fitnə yaratmaq istəyir. Sözü keçən vəhdəti nümayiş etdirmək üçün müxtəlif mədəni işlər görülməlidir. Təbbi ki, İslam Respublikasında şiə ilə sünninin ən çətin meydanlarda belə yan-yana durduğunu bilməlidir. Müqəddəs müdafiədə bir sünni yeniyetmənin şəhadəti və ya bir sünni mövləvinin İslam İnqilabını müdafiə səbəbindən əks-inqilabçı tərəfindən şəhid edilməsi göstərir ki, İran İslam Respublikasında şiə və sünni qardaşlar ən çətin meydanlarda bir-birilərinin yanındadırlar. Hər kəs şəhidlərin təqdir edilməsi üçün işbirliyi etməli; şiə ilə sünni fərqi qoyulmadan bütün kəsimlər buna qatılmalıdır. Mən bu şəhidlərin bəzilərini yaxından tanıyırdım. Bəzilərinin də yazılarla kitablarda keçmişini oxudum. Lakin hər yolla bu seçilmiş şəhidləri tanıdaraq toplumda fərq edilməsini təmin etməlisiniz. Allahdan hamnızı bu yolda müvəffəqiyyətə çatmanıza yardım etmənizi diləyirəm."




Rating (Votes: )   
    Comments (0)        Расскажи другу        печатать


Other Articles:
Yəmənlilər Səudiyyə qüvvələrinin bazalarını artilleriya ilə vurdu (13.02.2018)
İraq DİN: "1499 İŞİD üzvü həbs edilib, onlardan 399-u türkdür" (13.02.2018)
Kəşfiyyat və Anti-terror şöbəsi: Əbubəkr Bağdadi sümükləri qırılmış halda xəstəxanaya çatdırılıb (13.02.2018)
İran İslam inqilabının 39-cu ildönümündə milyonlarla insan meydanlara çıxıb (12.02.2018)
Səudiyyə hərbi koalisiyası Yəməndə növbəti dəfə bir ailəni qətlə yetirdi (12.02.2018)
İsrail ordusuna aid PUA vuruldu (12.02.2018)
Səudiyyə rejimi qüvvələri şiələrin məskunlaşdığı Qətifdə üç gənci oğurlayıb (12.02.2018)
İŞİD terror təşkilatının İraqa vurduğu maddi zərərin məbləği açıqlandı (12.02.2018)
“Həşd Şabi” İŞİD-ə qarşı uğurlu əməliyyat keçirdi (11.02.2018)
İraq ordusu Kərkükdəki neft rayonları yaxınlığında əməliyyata başladı (07.02.2018)
Məktəbdə terror törətmək istəyən kamikadze qadın öldürüldü - İraqda... (07.02.2018)
Yəmən Ordusu Səudiyyə və dəstəkçilərinin bir ayda 176 hərbi maşın və tankını sıradan çıxarıb (07.02.2018)
Bəhreyndə şiələrin repressiyası davam edir: 2 gənc edam ediləcək, çox sayda ömürlük həbs... (07.02.2018)
Səudiyyə aviasiyası yəmənli ailəni qətlə yetirdi - Video (31.01.2018)
Amerika İŞİD-i Əfqanıstana köçürür – Ayətullah Xamenei (31.01.2018)
Qəzza suyunun 97% -dən çoxu sionist İsrailin tədbirləri nəticəsində içməyə yararsızdır (31.01.2018)
Səudiyyə hökuməti saxlanılan şahzadə və milyarderlərdən bu qədər pul qoparıb (31.01.2018)
Yəmənlilər Səudiyyə paytaxtında hava limanını ballistik raketlə hədəfə alıblar (31.01.2018)
Bəhreyn apellyasiya məhkləməsi Ayətullah İsa Qasimlə bağlı qərarını açıqladı (31.01.2018)
Dövlət Komitəsi: "İraq və Suriyadakı döyüşlərdə 300-dən çox azərbaycanlı ölüb" (30.01.2018)



 
::| последние статьи
::| Events
февраль 2018  
Su Mo Tu We Th Fr Sa
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28      
 

  Powered by AHLI-BEYT Copyright © 2010 All rights reserved.
[Вверх на страницу]