Ayətullah Xamenei: ABŞ-ın planları Tom və Cerri cizgi filmini xatırladır

24 May 2018 - 14:27

“Avropalılar  bizim bu istəklərimiz qarşısında  səhlənkarlıq etsələr İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır”.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, bunu Ali Lider Ayətullah Seyid Əli Xamenei Ramazan ayının 7-ci günü münasibəti ilə dövlət işçiləri, siyasətçilər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

"İslam İnqilabından bu günə kimi ABŞ hər növ düşmənçilik addımlarını ataraq, İslam Respublikasına zərər vurmağa çalışıb. Hər cür siyasi, iqtisadi, hərbi və təxribat xarakterli planlar həyata keçirib İslam Respublikası üçün. Bütün bu fəaliyyətlər İranın devrilməsi üçün həyata keçirilib və yeni heç nə yoxdur, daim təkrarlanır.

Siz İslam Respublikasının 40 il əvvəlki dövrü ilə indini müqayisə etsəniz görərsiniz ki, müxtəlif sahələr üzrə inkişaf var. Bu onu göstərir ki, onların bütün planları uğursuzluğa düçar olub. Eyni ilə məşhur Tom və Cerri cizgi filmindəki Tomun planları kimi. Onlar gələcəkdə də uğrusuz olacaqlar. Biz düşmənin məğlubiyyətinə şübhə etmirik; İslami təfəkkür ilə tanış olan hər kəs bunu bilir.

ABŞ-ın indiki prezidenti özündən əvvəlkilərdən Buşdan, Reyqandan daha gücü ola bilməz; o da tarixdə itəcək", - deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei  nüvə proqramına dair  Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb: “Üç Avropa ölkəsi  2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi.  Bu gün onlar  boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər.  Ötən iki il ərzində ABŞ  dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 nömrəli qətnaməni pozub. Avropa  ABŞ-ın bu qanunsuzluğuna qarşı  bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsələsini  gündəmə gətirməyəcək.  Avropa İslam Respublikasına qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır.  Avropa İranın neft satışına zəmanət verməlidir.  Avropa bankları  İslam Respublikası ilə  ticarətə zəmanət verməlidirlər”.

Ayətullah Xamenei həmçinin qeyd edib ki, avropalılar  bizim bu istəklərimiz qarşısında  səhlənkarlıq etsələr  İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır: “Hərtərəfli Birgə Fəaliyyət Planının işləmədiyini görsək,  dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir”.


Xəbər lenti

Suriya və İran arasında qatar xətti fəaliyyətə başlayacaq
2018-12-07 18:41

Hacin İŞİD-dən alındı
2018-12-07 18:40

Suriya ordusunun mühasirəsinə düşən İŞİD terrorçuları
2018-12-07 18:39

Səudiyyə Ərəbistanı: "ABŞ bizə əmr edə bilməz"
2018-12-07 18:37

"Taliban"ın hücumu nəticəsində azı 14 hərbçi öldü
2018-12-07 18:36

Ruhani: Düşmən qarşımızda baş əyəcək!
2018-12-07 18:35

Azərbaycanda terrorçuların dəfn yeri açıqlanmayacaq
2018-12-07 18:34

Yəmənlə bağlı mühüm saziş
2018-12-07 18:33

ABŞ Suriyada 40 minlik ordu hazırlayır
2018-12-07 18:31

Azərbaycan BMT-də HƏMASın lehinə səs verib
2018-12-07 18:30

`Ən-Nusra` 12 minlik ordu ilə İdlibdə müharibəyə hazırlaşır
2018-12-07 18:26

İrandakı terroru “Ənsar-əl Furkan” öz üzərinə götürüb
2018-12-07 15:23

“Nusra” rəhbərləri və “Ağ Dəbilqəlilər”in Türkiyəyə qaçışı
2018-12-07 15:20

Hüseyn Şeyxülislam: İranın əsas siyasəti dolları tamamilə təmizləməkdir
2018-12-07 15:13

İordaniyada nümayişçilər Baş nazirlik binasına daxil olmağa çalışdılar
2018-12-07 15:10

İraqda yeniyetmənin idarə etdiyi intihar maşını saxlanılıb
2018-12-07 15:05

HƏMAS İsrailin casuslarını ifşa etdi
2018-12-07 15:01

Müqtəda Sədrin yaxın adamlarından biri öldürüldü
2018-12-07 14:57

Yəmən rəsmisi BMT Təhlükəsizlik Şurasına xəbərdarlıq etdi
2018-12-07 14:54

Yüzlərlə suriyalı Livandan öz vətənlərinə qayıdır
2018-12-07 14:52

NATO İraqda təlim düşərgəsi quracaq
2018-12-07 14:50

Səudiyyə Ərəbistanında kilsə tikilməsi istənildi
2018-12-07 14:48

Misirdə siyasi lider yenidən ömürlük həbs cəzası aldı
2018-12-07 14:46

Ölü hesab etdiyi qızını 69 il sonra tapdı – Həyacanlı anlar
2018-12-07 14:44

İranı parçalamağa çalışanların planı... - Qasımi
2018-12-07 14:43

Zurabişvili ilk müsahibəsini verdi: Bakı ilə...
2018-12-07 14:40

Hizbullahdan İsrail rejiminin “Şimal Qalxanı” əməliyyatlarına reaksiya
2018-12-07 14:39

Qəbiristanlıqların salınması qaydası dəyişdi
2018-12-07 14:37

Senator ABŞ-ın nüvə razılaşmasına yenidən qayıtmasını istəyir
2018-12-07 14:03

HƏMAS rəsmisi BMT-ni beynəlxalq qaydaları pozmaqda ittiham etdi
2018-12-07 14:01

ABŞ Afrikadakı qüvvələrini azaltmayacaq
2018-12-07 13:59

Putin Venesuelaya dəstək verəcəklərini vurğuladı
2018-12-07 13:57

NATO İraqda təlim düşərgəsi quracaq
2018-12-07 13:55

Gürcüstan parlamenti qanunverici orqanın Tbilisiyə köçürülməsini dəstəkləyib
2018-12-07 13:53

Livan İsraili BMT-yə şikayət edəcək
2018-12-07 13:52

Pakistan Baş naziri Yəmən böhranının həlli üçün çalışdıqlarını vurğuladı
2018-12-07 13:49

İrlandiya İsrail əleyhinə qərarı təsdiqlədi
2018-12-06 19:53

BMT İraqda İŞİD-in cinayətlərini araşdıracaq
2018-12-06 19:50

NATO İran və Rusiyaya çağırış etdi
2018-12-06 19:48