Ayətullah Xameneinin Həcc müraciəti

13 Avqust 2019 - 09:47

İslamazeri.com "leader.ir"ə istinadən xəbər verir ki, müraciətin mətnində deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim
Allah salamı və salavatı olsun rəsul, kərim, əmin və peyğəmbərlərin sonuncusu olan Məhəmmədə (s) və onun pak Əhli-Beytinə (ə), xüsusi ilə də Allahın yer üzündə "bəqiyyə"si olan İmam Mehdiyə (ə.f) və seçilmiş səhabələrə və onların yolunu gözəl şəkildə davam edənlərə, Qiyamət gününədək.
Hər il Həcc mövsümü Allah-Taalanın rəhmətinin İslam ümmətinə qayıdış vaxtıdır. Qurani-Kərim bu ayə ilə  (insanları Həccə çağır) tarix boyu hamını bu İlahi rəhmət süfrəsinə dəvət etmişdir ki, həm onların Allahı axtaran ürəkləri və  həm də rasional düşüncələri bu süfrənin bərəkətindən faydalansın və hər il Həcc maarifi və təlimləri bir qrup insanların vasitəsilə İslam dünyasının hər yerinə çatdırılsın.
Həcc ayinində fərdin və cəmiyyətin inkişaf, tərəqqi, təlim və tərbiyəsinin əsas elementi olan zikr və bəndəlik iksiri, vahid ümmətin simvolu olan cəmiyyət və ittihad, vahid mərkəzin ətrafında hərəkət, ümmətin Tövhid əsasında hərəkət və çalışmasının rəmzi olan müştərək hədəf yolu, hacıların hər bir cəhətdən bərabərliyi və bir-birindən hansısa imtiyazla seçilməməsi ki, ayrıseçkiliklərin götürülməsi və imkanların hamı üçün eyni olduğunun əlamətidir, İslami bir cəmiyyətin əsas sütunlarını kiçik bir baxışda göstərir.
Həcc əməllərində olan ehram bağlamaq, təvaf etmək, asta qaçış (səy), minada dayanmaq (vüquf), şeytanı daşlamaq (rəmy cəmərat), minadan köçmək, hərəkət və dayanmağın hər biri İslam dininin formalaşdırmaq istədiyi və İslamda arzuolunan cəmiyyətin kiçik bir simvoludur.
Bir-birindən uzaq olan ölkələrin insanları arasında bilik və təcrübə təbadülü, bir-birinin halından xəbərdar olması, yanlış anlaşmaları ortadan götürmək, ürəkləri yaxınlaşdırmaq, müştərək düşmənlərlə vuruşmaq üçün gücləri birləşdirmək Həcc ayinlərinin çox böyük və əhəmiyyətli bir nəticəsidir ki, yüzlərlə adi toplanışda bunu əldə etmək olmaz.  
Həcc əməllərindəki Bəraət ayini ki, bütün rəhmsizlik, zülm, pislik, fəsadlar və hər zamanda zalimlərdən bizarlıq və imperialistlərin  zorakılıq və qəsəbkarlığının araşısında müqavimət göstərmək anlamındadır, Həccin böyük bərəkətlərindən biri və məzlum müsəlman millətlər üçün bir imkandır.
Bu gün Amerika başda olmaqla kafir və müşrik imperialistlərin cəbhəsindən bizarlıq etmək məzlumları öldürmək və müharibədən bezarlıq, İŞİD və "BlakVater" kimi terrorizm yuvalarından bezarlıq etmək və uşaq qatili olan sionist rejiminin və himayədarlarına İslam ümmətinin nərəsini göstərməkdir.
Bəraətin mənası Amerikanın və regiondakı qulbeçələrinin Asiyanın qərbində və Afrikanın şimalında millətləri ağır müsibətlərə salan və əzablarını çoxaldan müharibə icad etməsinin qarşısını almaqdır.  
Bəraətin mənası coğrafiya, irq və dərinin rənginə görə irqçilik və ayrıseçkilik salmaqdan bezarlıqdır.
Bəraət imperializmin və təcavüzkar hegomon qüdrətlərin iyrənc siyasətlərindən və İslamın hamını dəvət etdiyi ədalətli, nəcib və şərafətli rəftarı qarşısında hiyləgərliklərindən bezarlıqdır.
Bu dediklərim İbrahimi həccin bərəkətlərinin çox az bir hissəsi idi ki, İslam bizi ona dəvət edir. Bu Həcc İslamın formalaşdırmaq istədiyi cəmiyyətin kiçik formada təsvir edilmiş simvoludur ki, hər il müsəlmanların vasitəsi və Həccin rejissorluğu ilə böyük və mənalı bir tamaşa yaradır və hamını belə bir cəmiyyət yaratmağa dəvət edir.
İslam dünyasının ziyalılarının ki, onların da bir qismi hazırda Həcc ziyarətindədirlər, üzərinə ağır və məsuliyyətli bir vəzifə düşür. Həccin dərsləri onların təşəbbüsü və yaradıcılığı ilə bütün millətlərə çatdırılmalı və onların vasitəsi ilə düşüncə, məlumat və təcrübələrin mənəvi təbadülü həyata keçirilməlidir.  
Bu gün İslam dünyasının ən mühüm məsələslərindən biri də Fələstindir. Fələstin irq, dil və məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bütün siyasi məsələlərinin önündə olmalıdır. Son əsrin ən böyük zülmü Fələstində baş vermişdir. Bu dərdli macərada bir millətin hər şeyi – evi, əkin sahəsi, sərvəti, heysiyyəti və kimliyi müsadirə edilmişdir. Bu millət İlahi tövfiqatın nəticəsində məğlubiyyəti qəbul etməyib, ayaqdan düşməyib və bu gün meydanda dünənkindən daha həvəsli və daha şücaətlidir. Amma bu işin arzuolunan nəticəyə varması üçün bütün müsəlmanların köməyinə ehtiyac var. Zülmkar Amerikanın və regiondakı xain həmkarlarının hiyləsi ilə icra edilməkdə olan "əsrin müqaviləsi" layihəsi təkcə Fələstin milləti barədə deyil, bütün bəşəriyyətin barəsində həyata keçirilən bir cinayətdir. Biz hamını düşmənin bu məkirli layihəsinin məğlub edilməsi üçün aktiv iştirak etməyə dəvət edirik. Allahın qüdrəti və müqavimət cəbhəsinin imanı ilə düşmənin bu hiyləsini və bütün məkirli planlarını məğlub edəcəyik.
Allah-Taala buyurur: "Ya da kafirlər istəyirlər ki, sənin əleyhinə hiylə etsinlər, amma bilsinləri ki, özləri hiylənin toruna düşüblər".
Bütün hörmətli hacılara Allahdan tövfiq, rəhmət, afiyət və itaətlərinin qəbul olmasını diləyirəm.
Seyyid Əli Xamenei
14 Mordad 1398 / 3 Zil-Hiccə 1440 / "


Xəbər lenti

Almaniya: "Nüvə müqaviləsinin alternativi yoxdur"
2019-08-22 20:54

Rusiya rəsmisi Suriyaya görə Türkiyəyə xəbərdarlıq etdi
2019-08-22 20:52

Boris Conson: "Rusiyanın G7-yə qayıtması barədə danışmaq hələ tezdir"
2019-08-22 20:50

KİV: Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
2019-08-22 20:48

MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
2019-08-22 14:56

Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır
2019-08-22 14:53

Suriyada terrorçular şiələrin sıx məskunlaşdığı qəsəbəyə hücum etdi
2019-08-22 14:51

Cavad Zərif regionda müharibə barədə danışdı
2019-08-22 14:50

İran prezidenti: Yeni havadan müdafiə sistemimiz Rusiyanın S-300-dən güclüdür
2019-08-22 14:46

Suriya Ordusu şimalda insanların təxliyəsi üçün koridor açıb
2019-08-22 14:45

İsrail aviasiyası Qəzza zolağına zərbələr endirdi
2019-08-22 11:52

Ənsarullah Səudiyyə rejiminin MQ-9 PUA-sını vurdu
2019-08-22 11:50

İran İraqa Suriya limanına qədər neft kəməri layihəsi təklif edib
2019-08-22 11:48

Suriya Ordusu Xan-Şeyxunu azad edib - Qruplaşmalar 20 mövqedə mühasirəyə düşüb (VİDEO)
2019-08-22 11:34

İsrail İraqa hava zərbələri endirib - İraq rəsmisi
2019-08-22 11:33

Ayətullah Xamenei Hindistanın Kəşmirlə bağlı siyasətinə münasibət bildirib
2019-08-22 11:32

İsrail hərbçiləri mülkü təyyarəyə atəş açıdı
2019-08-22 11:12

Suriya ordusu terrorçuları mühasirəyə aldı
2019-08-22 11:10

Yəmən qüvvələri Səudiyyə Ərəbistanına ağır zərbə endirdi
2019-08-22 10:53

İsrail və BƏƏ kəşfiyyat sahəsində razılaşma əldə etdilər
2019-08-22 10:50

HƏMAS cümə gününə səfərbərlik elan etdi
2019-08-22 10:48

Zelenski Putinə G8-ə qayıtmağın yolunu təklif etdi: Krımı qaytar
2019-08-22 07:53

Ərdoğan Putinlə İdlibdə türk hərbçilərinə edilən hücumu müzakirə edəcək
2019-08-22 07:50

ABŞ bir neçə ilə Hipersəs sürətinə malik silahlar əldə edəcək
2019-08-22 07:48

QARDABANİDƏ DƏ QƏDİR-XUM BAYRAMI İLƏ BAĞLI MƏRASİM TƏŞKİL OLUNUB
2019-08-22 07:33

MARNEULİDƏ VİLAYƏT BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
2019-08-22 07:30

ABŞ kosmik nüvə sistemi hazırlayacaq
2019-08-21 19:54

Pakistanlı general: "Bu raket 12 dəqiqəyə İsraili vura bilər"
2019-08-21 19:52

Afina: "İran tankerindən hər hansı bir tələb almamışıq"
2019-08-21 19:49

Rusiyadan Türkiyəyə xəbərdarlıq: "Terrorçuların hücumlarına şiddətlə cavab verərik"
2019-08-21 19:47

Makron Rusiya G-8 yə qayıtması üçün şərt qoydu
2019-08-21 19:44

Gürcüstan və ABŞ birbaşa aviauçuşlarla bağlı danışıqlara başlayır
2019-08-21 19:42

Gürcüstan ombudsmanı azərbaycanlı dindara qarşı diskriminasiyaya yol verən deputatı tənqid edib
2019-08-21 19:40

KXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edib
2019-08-21 19:38

Terrorçular Xan Şeyxundan geri çəkildi
2019-08-21 14:40

İran neft hasilatını artırır
2019-08-21 14:32

Gəmilərin hədəfə alınması fonunda İranın daha bir neft gəmisi nasazlıqla üzləşib
2019-08-21 14:31

Rəşad Atakişiyev himnimizin sədaları altında dəfn edildi
2019-08-21 14:24

İraqda Haşd-Şabinin qərargahında partlayış baş verib
2019-08-21 10:54