Bu gündən xüsusi karantin rejimi məhdudiyyətləri yumşaldılıb

18 May 2020 - 10:35

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanından Operativ Qərargahın mayın 15-də verdiyi qərar bu gündən qüvvəyə minib.

Xeber.ge saytı SalamNews-a istinadən xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub;

bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb;

restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub;

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

toy məclislərinin təşkilinin qadağan olunması;

bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

massaj və hamam xidmətlərinin göstərilməsi;

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Operativ Qərargah bir daha vurğulayır ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:

"Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir".


Xəbər lenti

Britaniyada koronavirus 45 mindən çox can aldı
2020-07-16 07:45

Braziliyada bir gündə 40 minə yaxın yoluxma olub
2020-07-16 07:43

EMC təşkilatı Marneulidə əhaliyə ödənişsiz hüquqi yardım etməyə başlayıb
2020-07-16 07:41

Toylarla bağlı açıqlam verildi: toylara icazə veriləcək ancaq...
2020-07-16 07:38

Kaxetidə pis hava şəraiti fəsadlar törətdi
2020-07-16 07:30

“Avropa Birliyi ABŞ-ı istismar etmək üçün yaradılıb”
2020-07-15 19:26

Avropa İttifaqı koronavirusun ikinci dalğasına hazırlaşır
2020-07-15 19:23

Gürcüstanda vətəndaşların plastik kartlarının kodunu sındıraraq 72 min lari pul çıxardılar
2020-07-15 19:19

Türkiyə və Rusiya uçuşları bərpa etmək barədə razılığa gəldilər
2020-07-15 19:16

Paata İmnadze maskalarla bağlı maraqlı açıqlama verdi
2020-07-15 19:12

Koronavirusla birlikdə nə vaxta kimi yaşamalı olacağıq?
2020-07-15 18:51

Qaracalar kəndində uşaqda koronavirus aşkarlandı
2020-07-15 18:49

İranda koronavirusun ikinci dalğasının başlandığı elan edildi
2020-07-15 15:06

İranda gəmiqayırma zavodunda güclü yanğın olub - VİDEO
2020-07-15 15:04

İraqın yeni baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir
2020-07-15 15:03

Səudiyyə Yəmənin əl-Couf əyalətinə aviazərbələr endirib
2020-07-15 15:02

İranda bir gündə koronavirusdan 199 nəfər öldü
2020-07-15 15:01

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib
2020-07-15 13:38

Gürcüstanda koronavirusa yoluxanların sayı mini ötdü
2020-07-15 10:49

Azərbaycanda indiyədək koronaya yoluxanlar....
2020-07-15 10:42

ABŞ-ı və İsraili çətin günlərin gözlədiyi qeyd olundu
2020-07-15 10:41

İsraildə hökumət əleyhinə izdihamlı etiraz aksiyaları keçirilib (VİDEO)
2020-07-15 10:36

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
2020-07-15 10:35

İraqın baş naziri Kərbəlada müqəddəs hərəmləri ziyarət etdi
2020-07-15 10:32

Koronavirusla bağlı son STATİSTİKA
2020-07-15 10:29

Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilib
2020-07-15 10:27

Düşmənin daha bir atəş nöqtəsi yerləyeksan edildi
2020-07-15 10:21

Azərbaycanda ötən günə olan koronavirus statistikası açıqlandı
2020-07-15 10:18

Çin ABŞ-ın nüvə razılaşmasına qayıtmasını istəyir
2020-07-15 07:33

Türkiyəyə sanksiya tətbiq oluna bilər
2020-07-15 07:32

ABŞ-da koronavirusdan daha 400 nəfər ölüb
2020-07-15 07:29

Gürcüstanda sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə
2020-07-15 07:26

"Gürcü Arzusu" partiyası seçki hazırlıqlarına başladı
2020-07-15 07:24

Milli Hərəkat partiyası birləşmiş müxalifətdən çıxır?
2020-07-15 07:21

"Mən qələbə üçün doğulmuşam, mənim yolum..."
2020-07-15 07:06

Suriyada Rusiya və Türkiyə patrulunun keçdiyi yolda partlayış – Video
2020-07-14 15:03

Yəmənlilər Məarib şəhərinə daxil olmağa başlayırlar
2020-07-14 15:02

Suriyalı terrorçu: Amerikanın nəzarəti altında təlim aldıq
2020-07-14 15:00

İranda COVID-19-a yoluxanların sayı 262 173 nəfərə çatıb
2020-07-14 14:50